ABŞ Senatının qərarı İranda etirazla qarşılandı
Xatırladaq ki, ABŞ Senatı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları 10 il müddətinə uzadılması haqqında qanun layihəsini qəbul edərək Ağ Evə təqdim edib. Lakin bu qanunun qəbul edilib edilməyəcəyi məsələsi də müəmmalıdır. Qeyd edək ki, noyabrda ABŞ-da prezident seçkiləri keçirilib və Donald Tramp qalib gəlib. Lakin D.Tramp öz səlahiyyətlərini andiçmə mərasimindən sonra həyata keçirməyə başlayacaq. Andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək. Hələlik isə ABŞ-ın Prezidenti Barak Obamadır. Yanvarın 20-nə qədər B.Obamanın bu qanunu imzalayıb və yaxud geri qaytaracağını isə zaman göstərəcək. (Azərtac)
AzVision.az
Teqlər: