ABŞ-ın yeni vitse-prezidenti Sarkisyana zəng edib

ABŞ-ın yeni vitse-prezidenti Sarkisyana zəng edib
  02 Dekabr 2016    Oxunub:2784
Dekabrın 1-də Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Mayk Pens arasında telefonla danışıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, xəbər verir ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Serj Sarkisyan seçkilərdə qələbə münasibətilə bir daha Trampı təbrik edib və onun komandasına uğurlar arzulayıb.

Tərəflər bildiriblər ki, ABŞ və Ermənistan arasında həm siyasi, həm də iqtisadi sahədə yüksək səviyyəli əməkdaşlıq davam edəcək və yeni administrasiya dövründə yeni enerji qazanacaq.

Danışıq zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regional problemlər və çağırışlar müzakirə edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti