XİN Çavuşoğlunun Bakıya gələcəyini təsdiqlədi

XİN Çavuşoğlunun Bakıya gələcəyini təsdiqlədi
  02 Dekabr 2016    Oxunub:2414
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana işgüzar səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Mövlut Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Bundan başqa, M.Çavuşoğlu Azərbaycanın digər rəsmiləri ilə də danışıqlar aparacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti