Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu - Video

Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu - Video
  02 Dekabr 2016    Oxunub:6341
Rusiyalı müğənni Alsu Azərbaycan prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnıya çəkilən klipini təqdim edib.
Rusiya KİV-i yazır ki, “Gedib bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) adlanan mahnının musiqisi Nigar Çəndirli və Dmitri Klimaşenkoya məxsusdur.

Klipin rejissorları Mariya Unjakova və Pavel Sidorovdur. Ekran işi ağ-qara fonda lentə alınıb.

Qeyd edək ki, Alsu 3-cü dəfə ana olduqdan sonra səhnə fəaliyyətinə ara vermişdi. Bu, ifaçının yaradıcılğına fasilə verdikdən sonra ilk işidir. (oxu.az)



AzVision.az


Teqlər:  





Xəbər lenti