Leyla Əliyeva kitab təqdimatında - Fotolar

Leyla Əliyeva kitab təqdimatında - Fotolar
  03 Dekabr 2016    Oxunub:2274
Dekabrın 2-də İçərişəhərdəki “Art Garden” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu tədbir çox əlamətdar bir gündə keçirilir. Belə ki, bu günlərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu münasibətlə bütün iştirakçıları təbrik edən nazir deyib ki, UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu var.







AzVision.az


Teqlər:





Xəbər lenti