İndoneziyada 5 bal gücündə zəlzələ olub

İndoneziyada 5 bal gücündə zəlzələ olub
  03 Dekabr 2016    Oxunub:1420
İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Molukki əyalətinin Saumlaki şəhərindən 184 kilometr şimal-qərbdə, ocağı Banda dənizinin səthindən 171 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan olunmayıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti