Gülnarə Kərimovanın oğlu: `Anamla əlaqəm yoxdur`
Anasının Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən təcrid olunmuş vəziyyətdə saxlanıldığını qeyd edən İ. Kərimov onlardan anasının taleyi ilə bağlı açıqlama verməyi tələb edib: "Necə olur ki, XXI əsrdə Gülnarənin harada olduğu, hansı şəraitdə və nə üçün saxlanıldığı barədə suala cavab verilmir?!"
O əlavə edib ki, anası ilə birbaşa əlaqəsi yoxdur, lakin Özbəkistanda yaşayan bacısı İmanla əlaqə saxlamaq imkanı var. İ. Kərimovun sözlərinə görə, nə özünə, nə anasına, nə də bacısına babasının dəfninə qatılmağa icazə verməyiblər.
Qeyd edək ki, İ. Kərimov hazırda Londonda yaşayır. (Apa)
AzVision.az
Teqlər: