YAP mitinqi müşahidə edəcək

YAP mitinqi müşahidə edəcək
  17 Avqust 2013    Oxunub:1071
“Müxalifətin radikal qanadının 20-ci sahədə keçirəcəyi mitinq onların düşündüyü və iddia etdiyi kimi alınmayacaq. Həmin mitinqə vətəndaşların böyük əksəriyyətinin münasibəti mənfidir”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib. YAP rəsmisi hesab edir ki, 18 avqustda keçiriləcək mitinqdə müxalifətin gözlədiyi qədər adam iştirak etməyəcək: “Müxalifət proqnozlarında həmişə yanılıb və yenə yanılacaq. Mitinqə partiyaların üzvləri və mətbuat nümayəndələrindən başqa heç kim qatılmayacaq”.

Millət vəkilinin orada iştirakına gəlincə isə M.Qurbanlı bildirib ki, mitinqi müşahidə etməkdə heç bir qəbahət yoxdur: “ Bizim partiyadan həmin prosesi müşahidə edənlər olacaq. Fərdi qayda da iştirak edib-etməyəcəyimizi isə özümüz həll edəcəyik. Yeni Azərbaycan Partiyası həmişə radikal qanadın mitiqnlərini müşahidə edib. Bu həmin proseslə bağlı fikirlərimizin formalaşması üçün lazımdır. Mənim şəxsən ora gedib-getməməyimə gəlincə isə bunu sabah dəqiqləşdirəcəm”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov da mətbuata açıqlamasında mitinqi müşahidə edəcəyini deyib.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti