El klassiko: `Barsa` qələbəni əldən verdi (VİDEO)

El klassiko: `Barsa` qələbəni əldən verdi (VİDEO)
  04 Dekabr 2016    Oxunub:2048
İspaniya La liqasında “Barselona” klubu “Real” (Madrid) komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, maraqla izlənilən oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Matçda hesabı meydan sahibi açıb. "El klassiko"da 53-cü dəqiqədə Luis Suaresin vurduğu qolla “Barselona” önə keçib. 90-cı dəqiqədə Sergio Ramos hesabı bərabərləşdirib.

“Real” meydanı 33-cü dəfə məğlubiyyətsiz tərk edib və əsas rəqibi “Barselona” klubu ilə arasındakı altı xallıq fərqi qoruyub saxlayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti