4 nəfərin namizədliyi təsdiq olunub

4 nəfərin namizədliyi təsdiq olunub
  17 Avqust 2013    Oxunub:948
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun prezidentliyə namizədliyi təsdiq edilib.

AzVision.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hər iki partiyanın, eyni zamanda namizədliyi təsdiq olunmuş hüquqşünas İlqar Məmmədovun səlahiyyətli nümayəndələri qeydə alınıb.

M.Pənahov, həmçinin qeyd edib ki, İsaqov Qüdrət öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bununla da prezidentliyə namizədlərin sayının 15 çatdığını deyən M.Pənahov seçkilərə marağın böyük olduğunu qeyd edib. O bildirib ki, təsdiq olunmuş namizədlərə imza vərəqələri paylanıb və onlar imzatoplama kampaniyansına başlayıblar.

M.Pənahov seçkiləri mühadiə etmək üçün müraciətlərin sayının 59-a çatdığını bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti