Trampın xanımını Nyu-Yorkdan `qovurlar`

Trampın xanımını Nyu-Yorkdan `qovurlar`
  04 Dekabr 2016    Oxunub:7287
Nyu-Yorkda 100 min nəfərə yaxın adam ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın inauqurasiyadan sonra şəhəri tərk etməsi ilə bağlı petisiya imzalayıb.
AzVision.az modern.az-a istinadən bildirir ki, bundan əvvəl Donald Tramp və onun ailəsinin təhlükəsizliyinin təmin olunmasının Nyu-York hökumətinə gündə 1 milyon dollara başa gəldiyi açıqlanıb.

“Əgər bu qərar qəbul olunacaqsa, yalnız onlar (Tramp cütlüyü) buna görə xərci ödəməlidir, Nyu-Yorkun vergi ödəyiciləri yox. Həmin pul isə yollara, məktəblərə, nəqliyyata, sanitariyaya, yeni iş yerlərinin açılmasına və şəhərin digər xərclərinə ayrılmalıdır”, - petisiyanı imzalayanlar deyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti