Özbəkistanda prezident seçkiləri baş tutdu - Yenilənib

Özbəkistanda prezident seçkiləri baş tutdu - Yenilənib
  04 Dekabr 2016    Oxunub:3336
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.
AzVision.az xəbər verir ki, seçki məntəqələri səhər saat 6.00-da açılıb. Səsvermə axşam 18.00-da başa çatacaq.

Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edir Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov səsvermənin gedişini Daşkənddə izləyirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə edirlər.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib.

***
(11:53)

Dekabrın 4-də Özbəkistanda keçirilən prezident seçkilərində namizədlər də səs veriblər.

Özbəkistan Liberal-Demokrat Partiyasından prezidentliyə namizəd, dövlət başçısı səlahiyyətlərini icra edən Şavkat Mirziyayev Daşkənddəki 132 nömrəli seçki məntəqəsində səs verib.

Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov da səs veriblər.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 10.00-da 5,2 milyon nəfər - seçicilərin 25,49 faizi artıq səs verib. Özbəkistan qanunlarına əsasən, seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Azərbaycandan gələn müşahidəçi qrupunun üzvləri - Milli Məclisinin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov səsvermə prosesinin gedişini Daşkənddə izləyirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə edirlər. (Azərtac)

***
(13:30)

Yerli vaxtla saat 11.00-a olan məlumata görə, Özbəkistan keçirilən növbədənkənar prezident seçkiləri baş tutub.

Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Daşkənddə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, saat 11.00-a olan məlumata görə, 6 milyon 890 min vətəndaş səs verib ki, bu da seçicilərin 33 faizindən çoxdur.

Özbəkistan qanunvericiliyinə əsasən, seçicilərin 33 səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti