`Qafqaz İmarəti`nin lideri öldürüldü

`Qafqaz İmarəti`nin lideri öldürüldü
  04 Dekabr 2016    Oxunub:4123
Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb. Polis və dinc sakinlər arasında yaralanan olmayıb.

Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti