Fidel Kastro dəfn olunub

Fidel Kastro dəfn olunub
  04 Dekabr 2016    Oxunub:2421
Kuba inqilabının lideri Fidel Kastronun dəfn mərasimi olub.
AzVision.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Fidel Kastronun külü inqilabın beşiyi sayılan Santyaqo-de-Kubadakı Santa-İfiqeniya qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, 90 yaşlı Fidel Kastro noyabrın 26-da dünyasını dəyişib. Onun cəsədi kremasiya olunub (yandırılıb). Cəsədinin kremasiya olunmasını mərhumun özü istəyib.

Qeyd edək ki, Fidel Kastro dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və Fidel Kastro bu göstəriciyə görə “Ginnesin rekordlar kitabı”na düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti