Avstriyanın yeni prezidenti məlum oldu
İlkin nəticələrə görə, Aleksander Van der Bellen 53,4 faiz səs toplayıb. 65,3 faiz səs artıq sayılıb və A. Van der Bellen ölkənin bir çox əyalətlərində rəqibi - sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hoferdən (46,6 faiz) öndədir. Buna görə də analitiklər məktubla səs vermiş seçicilərin rəyinin yekun nəticəyə ciddi təsir etməyəcəyini bildiriblər. (Azərtac)
AzVision.az