`Regent plaza`da güclü yanğın - 11 ölü, 50 yaralı (Video)

`Regent plaza`da güclü yanğın - 11 ölü, 50 yaralı (Video)
  05 Dekabr 2016    Oxunub:4630
Pakistanın Kəraçi şəhərindəki otellərdən birində güclü yanğın baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə "Regent plaza" adlı oteldə, səhər saatlarında baş verib.

Yanğın zamanı 11 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını 3 saat sonra söndürməyə müvəffəq olublar.

Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti