Heydər Camal Almatıda dəfn olunacaq - Yenilənib

Heydər Camal Almatıda dəfn olunacaq - Yenilənib
  05 Dekabr 2016    Oxunub:7137
"İslam Komitəsinin" rəhbəri Heydər Camal Almatıda dəfn olunacaq.

AzVision.az xəbər verir ki, bu barədə "Qovorit Moskva" radiostansiyasına müsahibəsində jurnalist Maksim Şevçenko bildirib.

***
(09:47)

Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal 70 yaşında dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.

H.Camal tanınmış filosof olmaqla yanaşı, həm də şimal qonşumuzda böyük nüfuza malik ictimai-siyasi xadim olub. Bir çox hallarda siyasi düşüncələri və açıqlamaları ilə gündəmə gələn H.Camalın hər bir fikri maraqla qarşılanıb, bəyanatları dünya KİV-ində özünə yer alıb. O, əslən Azərbaycanın Şuşa şəhərindəndir.

* * *
Heydər Camala məxsus Tvitter hesabında yayımlanan məlumata görə, o, sabah Almatıda `Kensay-2` qəbiristanlığında dəfn ediləcək. Çünki o, həmin şəhərdə müalicə alırmış və həyatının son saatları da orada keçib.




Heydər Camalın qazaxıstanlı dostu, politoloq Ruslan Aysin deyib ki, ömrünün son günlərini Almatıda yaşamaq və orada da dəfn olunmaq rəhmətliyin öz arzusu idi. Onun ancaq ən yaxın adamları bunu bilirdilər. Mərhum dağları çox sevdiyi üçün, Tyan-Şanın ətəklərində torpağa tapşırılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti