Qüdrət İsakov da prezidentliyə namizəd oldu

Qüdrət İsakov da prezidentliyə namizəd oldu
  17 Avqust 2013    Oxunub:1507
Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb.
AzVision.az xəbər verir ki, AMEA Fizika İnstitutunun əməkdaşı, elmlər doktoru, professor, 1950-ci il təvəllüdlü Qüdrət İsaq oğlu İsaqov öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürərək, bununla bağlı MSK-ya müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

M. Pənahov qeyd edib ki, artıq seçki qanunvericiliyinə əsasən namizədliyi təsdiq olunan şəxslər tərəfindən imzatoplama kampaniyasına başlanılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti