Dövlət başçısı Zaqatalaya səfər edib

Dövlət başçısı Zaqatalaya səfər edib
  17 Avqust 2013    Oxunub:1008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlib.
Dövlətimizin başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verib ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahəti üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait var.

İlham Əliyev səfər çərçivəsində "Tumurcuq" uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident öz növbəsində bağçada yaradılmış şəraitdən razılığını bildirib.

Daha sonra İlham Əliyev Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti