Binəli Yıldırım Moskvadadır – İlk rəsmi səfər
Qeyd edək ki, bu, Yıldırımın baş nazir təyin olunandan sonra Rusiyaya ilk rəsmi səfəridir. Səfər zamanı B.Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşəcək. Görüşdə iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün görülən işlər müzakirə olunacaq.
Tərəflərin Rusiya-Türkiyə arasında ticarət zamanı milli valyutaya keçidin, azad ticarət zonasının yaradılması, həminin turizmin inkişafına dair məsələləri müzakirə edəcəyi planlaşdırılır.
Bundan əlavə baş nazirlər İŞİD-ə qarşı birgə mübarizə məsələlərini də nəzərdən keçirəcəklər.
Qeyd edək ki, 2017-ci ilin yanvarında Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə Əməkdaşlıq Şurasının iclası baş tutacaq.
Eldar Tanrıverdiyev
AzVision.az