Türkiyədə 49 terrorçu öldürülüb

Türkiyədə 49 terrorçu öldürülüb
  05 Dekabr 2016    Oxunub:1479
Türkiyə Silahlı Qüvvələri 28 noyabr - 5 dekabr tarixində terorçulara qarşı 254 əməliyyat həyata keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə daxilində aparılan əməliyyatlarda 23 terrorçu öldürülüb, 12-si isə sağ ələ keçirilib. Həmçinin Türkiyə hava qüvvələri tərərindən keçirilən əməliyyatlarda 26 terrorçu zərərsizləşdirilib.

Terrorçular tərəfindən istifadə edilən 22 sığınacaq, 15 ədəd əl istehsalı partlayıcı və mina məhv edilib. Digər tərəfdən terrorçulara kömək və vasitəçilik edən 220 şəxs həbs edilib.

Miqrantalara qarşı keçirilən əməliyyatlar da isə 281 qanunsuz miqrant yaxalanıb. Xarici terrorçularla mübarizə çərçivəsində 38 İŞİD-çi aşkar edilərək həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti