İsa Qəmbər Milli Şuradan istefa verir?

İsa Qəmbər Milli Şuradan istefa verir?
  17 Avqust 2013    Oxunub:1327
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyanın Milli Şuradan çıxmağı ilə bağlı yayılan məlumatı təkzib edib.
Bu barədə AzVision.az-a danışan G.Aslanlı deyib ki, məlumatı yayan mətbuat orqanı təxribatla məşğuldur: “Dünən Milli Şura liderlərinin yığıncağı olmayıb. Bundan başqa Partiyanın müavinliyində də Milli Şuradan çıxmaqla bağlı məsələ müzakirə olunmayıb. Təxribat xarakterli məlumatdır. Heç bir fakta söykənmir”.

Qeyd edək ki, bu gün " Kanal Azəri" də yayılan məlumatlara görə, Milli Şuraya daxil olan partiyaların liderləri, İsa Qəmbər (Müsavat Partiyasi), Əli Kərimli (Azərbaycan xalq Cəbəhsi Partiyası) və Eldar Namazov (EL hərəkatı) arasında görüş keçirilib. Müzakirələrin İsa Qəmbərin Milli Şuranı tərk etməsi ilə nəticələndiyi bildirilib.



Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti