Lukaşenko Administrasiya rəhbərini işdən çıxardı

Lukaşenko Administrasiya rəhbərini işdən çıxardı
  05 Dekabr 2016    Oxunub:2290
Belarus prezidenti Aleksandr Lukaşenko Administrasiya rəhbəri və onun birinci müavinini işdən çıxardıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus rəhbərinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Aleksandr Kosineç və Konstantin Martineçkiy Belarus Prezident Administrasiyasının rəhbəri və Prezident Administrasiyasının rəhbərinin birinci müavini postlarından azad olunub”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətindən bildirilib ki, məmurlar “başqa işə keçidlə əlaqədar” vəzifələrdən uzaqlaşdırıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti