Dünyada 21 milyondan çox insan kölə kimi yaşayır

Dünyada 21 milyondan çox insan kölə kimi yaşayır
  05 Dekabr 2016    Oxunub:3169
Hər il milyonlarla adam alver, zor gücünə cəlbetmə, yaxud digər məcburiyyət metodları nəticəsində istismaredici əmək şəbəkəsinin cənginə keçir və bu asılılıqdan can qurtara bilmir.
Yüz minlərlə adam istismaredici əmək sistemi olan emalatxanalarda, tarlalarda, şaxtalarda əldən düşənə qədər işləyir, yaxud evlərdə onlardan hüquqsuz işçi qüvvəsi kimi istifadə olunur.

AzVision.az Azərtac-a istinadla xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun belə adamları müasir köləlik formalarının qurbanları adlandırıb.

O, dekabrın 2-də qeyd olunan Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü ilə əlaqədar bəyan edib: “Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, icbari əmək qurbanlarının sayı hazırda təqribən 21 milyon nəfərdir. Çarəsizlik içində olan bu adamlar istismarın ən sərt formalarına, həqarətlərə və zorakılığa, o cümlədən seksual və gender zorakılığına məruz qalırlar”.

BMT-nin başçısı köləliyin bütün müasir formalarının, o cümlədən icbari əməyin, uşaq əməyinin ən pis formalarının, məcburi nikahların, son dərəcə ağır əmək şəraitinin və insan alverinin ləğv edilməsinə nail çağırıb. O vurğulayıb ki, hazırda münaqişələrdən, təqiblərdən və ifrat yoxsulluq üzündən ev-eşiklərini tərk edən milyonlarla adam xüsusilə zəif təbəqədir. Məhz qaçqınlar və miqrantlar onların fəlakətindən varlanan insan alverçilərinin yüngül qənimətinə çevrilir.

Pan Gi Mun icbari əmək qurbanlarına yardım göstərmək üçün köləliyin müasir formaları üzrə Məqsədli Könüllü Ödəmələr Fonduna vəsait köçürməyə çağırıb.

Baş katibi deyib: “Biz səylərimizi birləşdirməklə, dünyanı bu qorxunc bəladan tezliklə qurtara bilərik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti