Tramp qaradərili cərrahı nazir təyin etdi - FOTO

Tramp qaradərili cərrahı nazir təyin etdi - FOTO
  05 Dekabr 2016    Oxunub:2861
ABŞ-ın yeni prezidenti Donald Tramp tanınmış neyrocərrah Ben Karsonu mənzil tikintisi və şəhər inkişafı naziri təyin edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp özü məlumat verib.

Bildirib ki, Karson yeni Nazirlər Kabinetində ilk afroamerikalı olacaq.

“Mən həkim Ben Karsonu mənzil tikintisi və şəhər inkişafı naziri təyin etdiyimə görə həm həyəcanlıyam, həm də sevinirəm”, - deyə Tramp bəyan edib.

Qeyd edək ki, Ben Karson amerikalı neyrocərrah və yazıçıdır. O, dünyada ilk dəfə siam əkizlərini bir-birindən ayırıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti