`Türk əsgərlərini Əsəd öldürüb` - Müdafiə naziri

`Türk əsgərlərini Əsəd öldürüb` - Müdafiə naziri
  06 Dekabr 2016    Oxunub:2784
Biz müəyyənləşdirmişik ki, hərbçilərimizə Əsəd rejiminə məxsus təyyarə hücum edib. Lakin hazırda uçan pilotsuz aparatın harada istehsal olduğunu araşdırırıq.
AzVision.az “Habertürk”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.

Nazirin sözlərinə görə, hərbçilərə hücumun gerçəkləşdirildiyi qurğu “L-39 Albatros” tipli olub.

Qeyd edək ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti