Kürdə 18 yaşlı gəncin meyiti tapılıb

Kürdə 18 yaşlı gəncin meyiti tapılıb
  17 Avqust 2013    Oxunub:1458
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Cavid Nüsrət oğlu Məmmədovun axtarışları başa çatıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, C.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:08-də başa çatıb.


Teqlər:





Xəbər lenti