Ruslar ermənilərlə birgə hərbi təlim keçirəcək

Ruslar ermənilərlə birgə hərbi təlim keçirəcək
  06 Dekabr 2016    Oxunub:4090
Rusiyanın 1000-ə yaxın desantı 2017-ci ildə Ermənistanla birgə təlimdə iştirak edəcək.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, gələn il Rusiya desantları ölkədən kənarda birgə hərbi təlimlər keçirəcəklər.

“Desantlar Ermənistan, Belarus və Nikaraquada keçiriləcək beynəlxalq təlimlərə qatılacaqlar. ”, - deyə məlumatda vurğulanıb.

Desantların digər ölkələrin əsgərləri ilə birgə taktiki, komanda-qərargah, taktiki-xüsusi, anti-terror və xüsusi təlimlərdə iştirak etməsi planlaşdırılır.

Məlumata əsasən Rusiya Hərbi Hava Desant tağımları 2017-ci ildə 70-dən artıq beynəlxalq tədbiri qəbul etməyi planlaşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti