`Regionun gələcəyi Türkiyə və Rusiyadan asılıdır` - Baş nazir

`Regionun gələcəyi Türkiyə və Rusiyadan asılıdır` - Baş nazir
  06 Dekabr 2016    Oxunub:2286
Türkiyənin baş naziri Binəli Yıldırım Moskvada bəyan edib ki, regionun gələcəyi Türkiyə və Rusiyadan asılıdır.
AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Rusiya-Türkiyə əlaqələri sadəcə iki ölkənin əlaqələri deyil. Bu, hər şeydən əlavə regionun həyatına əhəmiyyətli dərəcədə təsir edir. Biz öz regionumuzun gələcəyini müəyyənlişdirmək iqtidarındayıq”, - deyə türkiyəli baş naziri bildirib.

Qeyd edək ki, B.Yıldırımın baş nazir təyin olunandan sonra ilk dəfə Rusiyaya rəsmi səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti