`Qarabağ münaqişəsinin həlli üçün birlikdə işləməliyik` - ABŞ səfiri

`Qarabağ münaqişəsinin həlli üçün birlikdə işləməliyik` - ABŞ səfiri
  06 Dekabr 2016    Oxunub:1855
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yolların axtarılmasında ATƏT-in Minsk qrupu ilə birlikdə işləməliyik".
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “Lragir"in suallarını cavablandırarkən bildirib.

Səfir qeyd edib ki, ABŞ-ın Ermənistanla bağlı prioritetləri dəyişməyəcək. Bura ticari-iqtisadi əlaqələrin inkişafı, Ermənistanda demokratik institutlar və şəffaflığın gücləndirilməsidir: “Səfirliyimizin əsas tapşırığı yaxın aylarda ABŞ-ın yeni administrasiyasına Ermənistanla bağlı məlumatları təqdim etməkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti