`İstefa verməyə hazıram` - Xanım prezident

`İstefa verməyə hazıram` - Xanım prezident
  06 Dekabr 2016    Oxunub:2383
Cənubi Koreya prezidenti Pak Kın He gələn ilin aprelində istefaya getməyə və iyun ayında prezident seçkiləri təyin etməyə razıdır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə xanım prezident hakim partiyanın rəhbərliyi ilə görüşündə bildirib.

Prezident qeyd edib ki, əgər ona impiçment elan olunacaqsa o, dövlətin və xalqın mənafeyinin qorunması üçün fəaliyyət göstərəcək.

Qeyd edək ki, öklənin müxalifət partiyaları cümə günü 9 parlamentdə keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması barədə məsələ qaldırmaq niyyətindədirlər. İmpiçmentin müsbət həlli üçün 300 deputatdan 200-nün səsi lazımdır. Parlamentdə isə müxalifətin yalnız 172 yeri var. Beləliklə, hakim partiyanın üzvlərinin 28 səsi həlledici olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti