Prezident məktəbin açılışında

Prezident məktəbin açılışında
  17 Avqust 2013    Oxunub:1031
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəbin köhnə binası 2012-ci il mayın 7-də Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyündən sökülüb. Həmin il sentyabrın 9-da Prezident İlham Əliyev Zaqatala rayonuna səfəri çərçivəsində məktəbin yeni binasının təməlini qoyub. Tikinti işləri cari ilin avqustunda tam başa çatdırılıb.

Bildirildi ki, 600 şagird yerlik məktəb binasının korpusları iki və üçmərtəbəlidir. Müasir üslubda, xüsusi dizaynla inşa olunan binanın ümumi sahəsi 4 min 520 kvadratmetrdir. Məktəbin həyətində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur.

Qeyd edildi ki, 480 şagirdin təhsil aldığı məktəbin binası 9 bal gücündə zəlzələyə davamlıdır. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb.

Prezident İlham Əliyev informatika otağında yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.


Teqlər:





Xəbər lenti