İzmirdə qadın terrorçular tutuldu - Foto

İzmirdə qadın terrorçular tutuldu - Foto
  06 Dekabr 2016    Oxunub:2450
Türkiyədə terror törətmək istəyən şəxslər tutulub.
AzVision.az “DHA”-ya istinadən xəbər verir ki, İzmir Polis İdarəsinin terrorizm və kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatda, Suriyada təhsil aldıqdan sonra şəhərdə terror aktı törətmək üçün gələn qadın terrorçu S.B. saxlanılıb.

Bundan başqa polis ona vasitəçilik edən digər N.M. adlı qadını da saxlayıb. Hər iki şəxs sərnişin avtobusundan düşən zamanı ələ keçirilib.

Araşdırma zamanı məlum olub ki, qadın terrorçu 2014-ci ilə qədər İzmirdə Sosialist Partiyasının üzvü olub, Suriyada partlayıcı maddələrin hazırlanması və quraşdırılması ilə bağlı xüsusi təlim alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti