Putin Ərdoğana təşəkkür etdi

Putin Ərdoğana təşəkkür etdi
  07 Dekabr 2016    Oxunub:1886
Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Binəli Yıldırımın Moskvaya səfərini yüksək qiymətləndirib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bu barədə B.Yıldırımla görüşündə deyib.

Rusiya lideri "Türk axını" barədə sazişin ratifikasiyası ilə bağlı qanunu imzaladığı üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Putin “Türk axını”nın Rusiya və Türkiyənin birgə reallaşdıracağı ən böyük layihə olduğunu qeyd edib.

"Bizim çoxlu birgə layihələrimiz var. Hesab edirəm ki, bu səfər bizim Türkiyə prezidenti ilə görüşümüzə və yüksək səviyyəli sammitin keçirilməsinə əsas yaradacaq".

AzVision.az


Teqlər:  





Xəbər lenti