Zəlzələdə ölənlərin sayı 100-ə çatdı - (Yenilənib)

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı - (Yenilənib)
  07 Dekabr 2016    Oxunub:2901
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Məlumata görə, 90 nəfər zəlzələnin episentrinə yaxın olan Pidicaya, 10 nəfər isə Biryoen vilayətində ölüb. Daha 536 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd olunub ki, hazırda dağıntılar altında qalan şəxslərin xilas edilməsi üzrə müvafiq işlər görülür.

***
(09:41)

İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 20 nəfər ölüb və xeyli insan yaralanıb.

Zəlzələ onlarla evi, binanı və məbədi dağıdıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti