DİN FTX ilə birgə əməliyyat keçirdi: 12 terrorçu tutuldu

DİN FTX ilə birgə əməliyyat keçirdi: 12 terrorçu tutuldu
  07 Dekabr 2016    Oxunub:2449
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Federal Təhlükəsizlik Xidməti (FTX) ilə birgə Moksvada keçirdiyi əməliyyat zamanı 12 terrorçunu saxlayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Ümumilikdə birgə əməliyyat zamanı terror təşkilatlarından birinin aktiv üzvü və rəhbərlərindən olan 12 nəfər saxlanılıb”, - deyə Rusiya DİN-in Moskva İdarəsi üzrə rəsmisi bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Moskva və Moskva ətrafında güc strukturlarının birgə keçirdiyi əməliyyat zamanı ekstremizm fəaliyyətində şübhəli bilinən 20 şəxsin saxlanıldığı bildirilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti