Dəhşətli təyyarə qəzası - 36 meyit çıxarılıb (Yenilənib)

Dəhşətli təyyarə qəzası - 36 meyit çıxarılıb (Yenilənib)
  08 Dekabr 2016    Oxunub:9439
Pakistanda qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər təyyarənin qalıqları altından 36 nəfərin meyitini çıxarıb.

Pakistan ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir.

***

(19:42)

Pakistanda qəzaya uğramış təyyarənin qalıqları altından 21 meyit çıxarılıb.

TASS xəbər verir ki, xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olan təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub. Sərnişinlərdən ikisi azyaşlıdır.

Onlar arasında Pakistanın məşhur müğənnisi Cüned Camşed və 3 əcnəbi də var.

***

(16:31)

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi radarlardan itib.

AzVision.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb. Qəzet yazır ki, təyyarə yerli vaxtla 15.30-da Çitral şəhərindən çıxıb və 16.40-da İslamabadda enməli idi.

“Daily Pakistan” isə şahidlərə istinadən xəbər verir ki, təyyarə qəzaya uğrayıb.

İddia edilir ki, təyyarə dağa çarpılıb. Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti