İtaliyanın baş naziri istefa verdi

İtaliyanın baş naziri istefa verdi
  08 Dekabr 2016    Oxunub:1463
Ötən bazar günü keçirilən referendumda məğlub olan İtaliyanın Baş naziri Matteo Renzi istefa verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istefasını təqdim etməzdən əvvəl Baş nazir Matteo Renzi ölkə Prezidenti Sercio Mattarella ilə 40 dəqiqə söhbət edib.

İtaliya Prezidenti hökumətin yeni tərkibini və vəzifəsini müəyyənləşdirmək üçün sabah məsləhətləşmələrə başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti