Millimizin üzvü Qazaxıstana köçür

Millimizin üzvü Qazaxıstana köçür
  08 Dekabr 2016    Oxunub:2867
Azərbaycan Velosiped millisinin üzvü, Rio-de-Janeyro Olimpiadasının iştirakçısı Yelena Pavluxina 2017-ci ildən etibarən Qazaxıstanın “Astana” klubunun şərəfini qoruyacaq.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, millimizin üzvü son iki mövsümdə Sloveniyanın “Lyubliyana” klubunda çıxış edib.

“Mənim üçün “Astana” kimi komandanın bir hissəsi olmaq böyük şərəfdir. Mən inkişaf etmək üçün şəraitimin olmasına görə sevincliyəm. Həmişə belə yüksək səviyyəli klubda çıxış etməyi arzulamışam. Əminəm ki, ümumi səylər nəticəsində “Astana”nın qadınlardan ibarət komandası dünyada ən güclülərdən biri olacaq. Dünya turu yarışlarında qalib gələ bilsək çox xoşbəxt olacağam”, - deyə Pavluxina bildirib.

Qeyd edək ki, Rio Olimpiadasında Pavluxina 68 idmançı arasında 35-ci olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti