Türkmənistan prezidenti istefa verdi
"Ölkədə siyasi sistem formalaşır və müxtəlif düşüncəli partiyalar yaranır. Hər kəs və istənilən partiya üçün bərabər fəaliyyət şəraitinin yaradılması üçün mən Türkmənistan prezidenti olduğum müddətdə partiyaya olan üzvlüyümü dondurmaq haqqında qərar qəbul etdim" - deyə Türkmənistan prezidenti deyib.
Onun sözlərinə görə, cəmiyyət inkişafın müxtəlif mərhələlərinə daxil olduğundan prezident Konstitusiyaya riayətin zəmanəti kimi partiyaya üzv olmamalıdır.