`İslam Oyunlarında ən azı 50 ölkə iştirak edəcək` - Nazir

`İslam Oyunlarında ən azı 50 ölkə iştirak edəcək` - Nazir
  08 Dekabr 2016    Oxunub:3518
2017 İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 5 aydan bir qədər çox vaxt qalıb və ən əsas işlər bu gündən başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində `Chef de Mission Seminar`ı ilə bağlı keçirilən konfransda deyib. O bildirib ki, oyunlar üçün planlaşdırılan işlər qrafik üzrə aparılır.

“Gecikmə yoxdur. Missiyanın rəhbərləri üçün seminnarlar çox vacibdir. Onların sualları bizim üçün vacib və önəmlidir və onlara cavab tapmalıyıq. Bu gün 50 ölkədən 71 nümayəndə toplanıb. İstərdik ki, 57 islam ölkəsini idmançıları oyunlarda Bakıda toplaşsınlar”.

A.Rəhimov qeyd edib ki, 50 ölkənin nümayəndəsinin bu seminarda iştirakı ən azı 50 ölkənin oyunlarda iştirakını göstərir. “Bu gün bütün məsələlər idmançıların gəlişi, gedişi, məskunlaşması, dopinq və digərləri müzakirə edildi. İstəyirik ki, idmançılar Bakıdan tam razı qayıtsınlar. Çalışırıq ki, onların bütün istəklərini həll edək və həyata keçirəcək”.

Nazir həmçinin qeyd edib ki, İslam Həmrəyliyi Oyunları zamanı xarici mütəxəssislər Avropa Oyunlarındakından 10 dəfə az olacaq: “Avropa Oyunlarında 500-dən çox mütəxəssis fəaliyyət göstərirdi. Bir çox yerli mütəxəssislər də olub. Lakin İslam Həmrəyliyi Oyunlarında 50-dən çox xarici mütəxəssis fəaliyyət göstərəcək” .

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar isə bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında ən azı 50 ölkə iştirak edəcək. Onun sözlərinə görə, bu, tarixdə ilk belə göstəricidir: “Azərbaycanın idman arenaları tam hazırdır. Azərbaycanın çox böyük təcrübəsi və potensialı var. Atletlər kəndinin şəraiti heyrətamizdir. Oyunların əvvəlkilərdən daha yüksək səviyyədə keçəcəyinə əminəm. Azərbaycan hökuməti, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılan yüksək şərait, təşkilatçılıq, qonaqpərvərliyə görə minmətdarlığımı bildirirəm. Ümid edirəm ki, oynlarda islam xalqları islam dəyərlərini Azərbaycanda birləşdirəcə. Əminəm ki, iştirakçılar Azərbaycandan xoş xatirələrlə ayrılacaqlar. Arzu edirəm olimpiya oyunları da Bakıda keçirilsin. Azərbaycan artıq yüksək səvəiyyəli turnirlərə imza atıb və böyük təcrübəyə malikdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti