Kerri və Lavrov Hamburqda Qarabağdan danışdı

Kerri və Lavrov Hamburqda Qarabağdan danışdı
  08 Dekabr 2016    Oxunub:2661
"Dağlıq Qarabağ münaqişəsi, həmçinin Moldova və Gürcüstanda davam edən münaqişələr Avropanın təhlükəsizliyini pozur"
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət kativi Con Kerri ATƏT-in Hamburq sammitində çıxışı zamanı deyib.

Kerrinin sözlərinə görə, ATƏT məkanında bir çox yerlərdə təşkilat korrupsiya, ATƏT-ə üzv ölkələr arasında etimadın olmaması kimi problemlərlə üzləşir.

Hamburq sammitdə çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağ münaqişəsindən danışıb: “Daha əvvəl əldə olunmuş razılaşmalara sadiqlik bütün çətin problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas açardır".

Lavrov qeyd edib ki, münaqişələrin nizamlanması müəyyən olunmuş formatlar çərçivəsində bütün tərəflərin iştirakı və onların maraqlarının balansı əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti