`Qarabağ` Avroliqa ilə vidalaşdı - (Video) Yenilənib

`Qarabağ` Avroliqa ilə vidalaşdı - (Video) Yenilənib
  09 Dekabr 2016    Oxunub:14455
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun matçlarına start verilib.
AzVision.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” komandasını qəbul edir.

Görüşü xorvatiyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi İvan Bebekdir.

Qeyd edək ki, İtaliya təmsilçisi 10 xalla qrupa liderlik edir. Hesabında 7 xal olan “Qarabağ” və “PAOK” (Yunanıstan) müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan “Slovan” (Çexiya) sonuncu yerdədir.

***

Oyunun ilk hissəsi başa çatıb. Matçın 45 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçsə də qol vurmaq mümkün olmayıb.

***

Görüşün ikinci hissəsində “Fiorentina” istəyinə nail olub. Matçın 60-cı dəqiqəsində Matisa Vesino hesabı açıb. 73-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Reynaldo hesabı bərabərləşdirib. Üç dəqiqə sonra Federiko Kezo İtaliya klubunu yenidən hesabda önə çıxarıb. Beləliklə, görüş 2:1 hesabı ilə “Fiorentina”nın qələbəsi ilə yekunlaşıb.



İtaliya təmsilçisi 13 xalla “J” qrupunun lideri kimi onaltıdabir final mərhələsinə yüksəlib. Hesabında 10 xal olan POAK-da növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” 7 xalla qrupu üçüncü, “Slovan” isə 3 xalla dördüncü pillədə başa vurub. “Qarabağ” və “Slovan” Avropa Liqasında iştiraklarını dayandırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti