İrəvanda valyutadəyişmə məntəqəsinə basqın edildi

İrəvanda valyutadəyişmə məntəqəsinə basqın edildi
  09 Dekabr 2016    Oxunub:1756
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs valyutadəyişmə məntəqəsinə hücum edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 9 radələrində maskalı şəxs valyutadəyişmə məntəqəsinə yaxınlaşaraq işçidən pul tələb edib və ona əlindəki tapançadan atəş açıb. Lakin işçi canını qurtara bilib. Hücum edən şəxs məntəqədən pul götürə bilmədən qaçıb.

Hazırda Ermənistan polisi ərazidə iş aparır. İnsidentin təfərrüatları barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti