ATƏT həmsədrlərə Qarabağ çağırışı edib

ATƏT həmsədrlərə Qarabağ çağırışı edib
  09 Dekabr 2016    Oxunub:1908
"ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən insidentləri və atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir".
AzVision.az-ın məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zanye Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Baş katib vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin dinc yolla həll edilməsi üçün maneələri aradan qaldırmağa çağırıb.

Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti