Məmmədyarov Nalbandyanla görüşdü - Yenilənib

Məmmədyarov Nalbandyanla görüşdü - Yenilənib
  09 Dekabr 2016    Oxunub:3320
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Bildirib ki, görüş Hamburq şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub.

Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub:

“Görüşdən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti