İqbal Ağazadənin imza toplama kampaniyası yekunlaşıb

İqbal Ağazadənin imza toplama kampaniyası yekunlaşıb
  18 Avqust 2013    Oxunub:1050
Prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Qərargahı imza toplama kompaniyasını yekunlaşıb.
Bu barədə partiyanın mətbuat xidmətinə prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Qərargahının rəhbəri Taleh Əliyev bildirib.

T. Əliyev deyib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 80 DSK ərazisində 41350 nəfərin imzası toplanaraq qərargaha təhvil verilib. Günün sonuna qədər isə 3650 nəfərin də imzası seçki qərargahına təqdim olunacaq. Hazırda seçki qərargahı imzaların yoxlanması prosesini aparır. Qarşıdakı iki gün müddətində bütün imzalar yoxlanaraq MSK-ya təqdim ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti