Rauf Arifoğlu: "İbrahimbəyov nə yaxşı liderdir, nə də yaxşı siyasətçi..."
Rauf Arifoğlunun yazdığına görə, Milli Şuranın rəhbəri Tiflis əvəzinə Bakıya gəlsə idi; indi də Bakıda olsa idi, vəziyyət də, gedişat da tamamilə fərqli olacaqdı. İnsanlar hətta öz liderlərinin həbsxanaya düşməsindən də impuls alacaqdılar; şüarlar daha konkret, daha praktik, daha olumlu olacaqdı. Ancaq cənab İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar.
O deyir ki, Rüstəm İbrahimbəyov hər nə qədər iddia etsə də ki, o, Moskvada oturub, hərəkatın müvəffəqiyyəti üçün maliyyə toplayır; hələ ki, heç bir hada bu arqument özünü doğrultmayıb. Ola bilər, Rüstəm müəllim Eldar Namazova və 3-4 yaxın tərəfdaşına maaaş verir. Lakin son dərəcə həlledici, mühüm bir nöqtə olan 18 avqust aksiyası üçün əsas aparıcı təşkilatlara 1 manat, hətta 1 qəpik də olsun, kənardan pul verilməyib!