“Bulla-dəniz” yatağında yanğın: xəsarət alan yoxdur

“Bulla-dəniz” yatağında yanğın:  xəsarət alan yoxdur
  18 Avqust 2013    Oxunub:959
Azərbaycanın “Bulla-dəniz” yatağında yanğın baş verib
Dövlət Neft Şirkətindən AzVision.az-a verilən məlumata görə, 90 №-li kəşfiyyat quyusu "Bulla-dəniz" yatağının şimal-şərq qanadında 29 №-li özüldən məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsi məqsədi ilə layihələndirilib. Quyuda qazma işlərinə 2012 ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi - 26,5 metr).

Avqustun 17-də gecə saat 23.00 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir.

Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb.

Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.

"Hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanacaq. Baş vermiş hadisənin səbəbləri araşdırılır".

AzVision.az


Teqlər:





Xəbər lenti