Hərbi bazada terror: 50 ölü (Yenilənib)

Hərbi bazada terror: 50 ölü (Yenilənib)
  11 Dekabr 2016    Oxunub:2455
Yəmənin Ədən şəhəri ətrafında yerləşən hərbi bazada törədilmiş partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə yüksəlib.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

***

Yəmənin Ədən şəhərindəki hərbi düşərgənin yaxınlığında terror hücumu nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər yaralanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze maaş almaq üçün növbəyə dayanmış hərbçilərin yanında özünü partladıb. Terror aktına görə, məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Qeyd edək ki, Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti